.jpg)
Salome Zurabişvili: “Gürcüstan hakimiyyəti ölkəni Rusiyanın təsir dairəsinə qaytarmağa çalışır”
"Gürcüstan hakimiyyəti ölkəni yenidən Rusiyanın təsir dairəsinə qaytarmaq və idarəetmədə rus modelinə keçmək kursu götürüb."
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Litva Seyminin plenar iclasında çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, ölkədə siyasi böhran dərinləşir və Gürcüstan ekzistensial (mövcudluqla bağlı) təhlükə ilə üz-üzədir.
“Gürcüstanda böhran getdikcə kəskinləşir. Seçkilərin saxtalaşdırılmasından tutmuş, siyasi böhrana qədər – burada müxalifət nəticələrə qarşı çıxır, hakim partiya isə hər nə bahasına olursa-olsun hakimiyyəti konsolidasiya etməyə çalışır. Lakin biz bu vəziyyətdən daha dərin və fərqli bir təhdidlə qarşı-qarşıyayıq. Bu təhdidi yalnız ekzistensial təhlükə kimi xarakterizə etmək olar.”
Zurabişvili bildirib ki, hakim partiya əvvəllər Avropa yönümlü və demokratik islahatlar proqramı ilə xalqın mütləq əksəriyyətinin dəstəyini almışdı. Lakin 2023-cü il noyabrın 28-də verdiyi vədlərdən geri çəkilərək, Konstitusiyanın 78-ci maddəsində təsbit olunmuş Avropa inteqrasiyası məqsədindən uzaqlaşdı.
“Hakimiyyət xalqın Avropaya inteqrasiya olunmaq istəyini gözardı edir və Gürcüstanı yenidən Rusiyanın təsir dairəsinə qaytarmağa başlayır. Hakimiyyət idarəetmədə rus modelinə keçid edir. Biz müstəqillik əldə etdikdən sonra, tarixdə qaldığını düşündüyümüz rus kabusu indi yenidən qayıdır və 21-ci əsrdə bizi təqib etməyə başlayır.”-Zurabişvili bildirib.