Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Baltikyanı ölkələrə səfəri çərçivəsində Estoniyada səfərdədir.
InterPress.ge xəbər verir ki, bu barədə o, “X”-də paylaşım edib.
“Baltikyanı ölkələrə səfərim Gürcüstanın sarsılmaz tərəfdarı olan Estoniyada davam edir. Estoniya Avropa yolunda bizim yanımızdadır və Gürcü xalqının azad, ədalətli və yeni seçkilər keçirmək tələbinə dəstək verir,” – yazıb prezident Zurabişvili.
