Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili parlamentin “Vahid Milli Hərəkat” hakimiyyətinin fəaliyyətini araşdıran müvəqqəti istintaq komissiyasının iclasına reaksiya verib.
InterPress.ge xəbər verir ki, o bu barədə sosial şəbəkədə yazıb.
Saakaşvilinin sözlərinə görə, bu gün “Gürcü ordusuna hörmət etdiklərini” deyən şəxslər əslində 2008-ci il Rusiya-Gürcüstan müharibəsində iştirak edən hərbçilərin siyahısını Rusiyaya təqdim ediblər.
“Bu xəyanətkarlar deyirlər ki, guya Gürcü ordusuna hörmət edirlər. Bəs 2008-ci il müharibəsində iştirak edən döyüşçülərin siyahısını ruslara kim verdi? Onlara imkan yaratdılar ki, bizim qəhrəmanlarımızı müxtəlif ölkələrdə məhv etsinlər,” – deyə Saakaşvili sosial şəbəkədə yazıb.
.jpeg)