30 
Mar
2025
15:47
251

Bu gün Müsəlmanların bir qismi Ramazan bayramını deyq edir - Batumidə bayram namazı qılınıb

Müsəlman aləminin əsas bayramlarından biri olan Ramazan Bayramı bu gün Gürcüstanda, xüsusən də Batumidə yaşayan müsəlmanlar tərəfindən qeyd edilib.

InterPress.ge xəbər verir ki, bayram namazı Batumidəki Mərkəzi Məsciddə səhər saat 07:40-da başlayıb. İmanlıların bir qismi mərasimi məscidin yaxınlığındakı küçələrdə icra edib.

Müsəlmanların digər bir hissəsi isə Batumidə yeni məscidin inşasını tələb etdikləri ərazidə toplaşıb.

Gürcüstanın müftisi Adəm Şantadze xütbəsində bildirib: “Bugün birlik, qarşılıqlı anlaşma və bağışlama hər şeydən vacibdir. Bizim əsas vəzifəmiz həm dini, həm də milli dəyərlərimizi qorumaqdır.”

Batumidəki Mərkəzi Məsciddə məmurlar və hökumət rəsmiləri, o cümlədən Acarıstanın hökumət rəhbəri, müsəlmanlara Ramazan Bayramı münasibətilə təbriklərini çatdırıblar.

Ramazan Bayramı bir aylıq orucun bitməsini simvollaşdırır. Bu müddət ərzində inanclılar günəşin doğuşundan batmasına qədər hər cür yemək və su qəbul etməməlidir. Bayram günü isə namazdan sonra onlar bol-bol xeyriyyəçilik edir, bir-birinə şirniyyat təqdim edir və atalarının məzarlarını ziyarət edirlər.

Ramazan Bayramı ilə əlaqədar olaraq, 30 martda Batumidəki şəhər avtobusları sərnişinlərə pulsuz xidmət göstərəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər