Bu gün Tbilisidə etiraz aksiyasi keçiriləcək
31 mart tarixində Tbilisidə etiraz aksiyası və bir neçə yürüş keçiriləcək. “Xalqın baharı gəlir” şüarı ilə keçiriləcək əsas aksiya Rustaveli prospektində planlaşdırılıb.
InterPress.ge xəbər verir ki, bu barədə aksiyanın təşkilatçıları “Facebook” sosial şəbəkəsində məlumay yayıb.
Məlumata görə, vətəndaşlar Rustaveli prospektində saat 20:00-da toplaşacaqlar.Saat 21:00-da isə ictimaiyyət qarşısında çıxış edəcək Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili. Məhz bugünkü aksiyada Salome Zurabişvili müxalifətlə razılaşdırılmış fəaliyyət planını açıqlayacaq. Son günlər o, vətəndaşları dəfələrlə bu aksiyaya qatılmağa çağırıb.
“31 mart gürcü xalqının oyanış günüdür. 1991-ci ildə Gürcüstan vətəndaşlarının 99.08%-i müstəqilliyin bərpasına və rus hökmranlığının sona yetməsinə ‘bəli’ dedi. Bizim küçəmizə də bahar gəlir – xalqın baharı yeni həyat və yeni güclə gəlir”, – deyə təşkilatçıların yaydığı məlumatda bildirilir.
Bundan əlavə, Tbilisidə bir neçə etiraz yürüşü də planlaşdırılıb.
Xüsusilə:
• Saat 19:00-da tələbələr “Bizim gələcəyimiz müstəqil dövlətdir” şüarı ilə Tbilisi Dövlət Universitetinin qarşısında toplaşacaq və daha sonra parlament binası yaxınlığına yürüş edəcəklər.
• Eyni saatda – 19:00-da – referendumun ildönümünə həsr olunmuş yürüş Respublika meydanından parlament istiqamətində start götürəcək.
• Həmçinin saat 19:00-da Rustaveli Teatrının qarşısında mədəniyyət sahəsinin nümayəndələri “Müstəqillik naminə mədəniyyət” şüarı ilə toplaşacaqlar.
“Biz Rustavelidə keçiriləcək etiraz aksiyasına qoşuluruq ki, bir daha tiraniyaya yox, ölkəmizin müstəqilliyinə isə bəli deyək!” – deyə təşkilatçılar bildiriblər.


