Marneulinin İmir kəndində Ramazan bayramı qeyd olunub
31 mart tarixində Marneulinin İmir kəndində yerləşən Məhəmməd Rəsulullah (s) məscidinin nəzdində fəaliyyət göstərən "Vilayət aşiqləri fondu" tərəfindən Ramazan bayramı qeyd olunub.
InterPress.ge xəbər verir ki, Din xadimi Altun Sultanovun aparıcılığı ilə başlayan tədbir Marneulinin imam cüməsi ilahiyyatçı Hacı Hacıyevin Quran tilavəti ilə açıq elan olunub.
Daha sonra çıxış üçün din xadimləri, məscidin axundu Kərbəlayi Elçin Məmmədov, Əl-Mustafa beynəlxalq universitetinin Gürcüstan filialının direktoru Hacı Həsən Yusifzadə, Marneuli munisipalitetinin Şulaveri üzrə nümayəndəsi cənab Mahir Məmmədov və ilahiyyatçı Kamran Məmmədov kürsüyə dəvət olunublar.
Çıxışlarda bayram təbriki ilə yanaşı, fitr bayramının fəlsəfəsi və ramazan ayının cəmiyyətə verdiyi töhfələrdən danışılıb.
Tədbirdə çıxışlarla yanaşı Əhli-beyt məddahları seyyid Peyman, seyyid Huseyin və Səid Həsən öz ilahiləri ilə məsclisə şən ruhiyyə qatdılar.
Tədbirin sonunda məsciddə dini dərslərdə təhsil alan tələbələrə hədiyyəllər təqdim olundu, eyni zamanda püşk atma ilə 3 nəfərə Məşhəd ziyarəti hədiyyə olundu. Tədbir fərəc duası və ehsan süfrəsi ilə sona yetirilib.
.png)
.png)
.png)


