Gürcüstandan buzov ixracı yenidən mümkün olacaq
Bir neçə illik fasilədən sonra, 1 aprel tarixindən etibarən – buzovların ixracı yenidən mümkün olacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, 2019-cu ilə qədər vətəndaşların buzovları xaricə satmaq imkanı var idi. 2019-cu ildən etibarən isə 140 kq-dək iri buynuzlu heyvanların ixracı qadağan olunmuşdu. Daha sonra bu məhdudiyyət 160 kq-dək olan heyvanlara da şamil edildi.
2020-ci ilin noyabrında “Azadlıq İnstitutu” Kvemo Kvayloda yaşayan fermerlərlə birlikdə bu qadağa ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmişdi.
2024-cü il dekabrın 30-da məlum olub ki, “Azadlıq İnstitutu” və fermerlər Konstitusiya Məhkəməsində prosesi qazanıblar.
“Hökumət məhkəmədə bildirirdi ki, buzovlar xarici ölkələrə kökəldilmək üçün aparılır və bu ölkələr bu prosesdən maliyyə gəliri əldə edirlər. Kvaylolu fermerlər isə bu məhdudiyyətin onlara vurduğu ziyanı göstərərək tələb edirdilər ki, dövlət onların buzovlarının satışı işinə müdaxilə etməsin”, – deyə “Azadlıq İnstitutu” 2024-cü ilin dekabrında yaydığı açıqlamada qeyd etmişdi.


