02 
Apr
2025
10:55
508

Tbilisidə iki yeni metro stansiyasının inşası planlaşdırılır

“Tbilisi Nəqliyyat Şirkəti” iki yeni metro stansiyasının layihələndirilməsi və tikintisinə dair “Design-Build” (Layihə-Tikinti) üsulu ilə bazar araşdırması aparır.

InterPress.ge xəbər verir ki, söhbət həm layihələndirmə, həm də tikinti işlərinin eyni zamanda bir podratçı tərəfindən həyata keçirilməsindən gedir.

Mövcud sənədlərdən məlum olur ki, ümumilikdə 4 stansiyanın layihələndirilməsi nəzərdə tutulur. Onlardan 2-si yeni metro stansiyası olacaq, digər 2-si isə mövcud olan Varketili və Qldani istiqamətlərindəki stansiyaların yenidən layihələndirilməsidir.

Texniki tapşırığa əsasən, yeni metro stansiyalarından biri Qldani, digəri isə Varketili istiqamətində əlavə olunacaq. Qeyd edilməlidir ki, metro xəttinin uzadılmasının təxmini ümumi uzunluğu 5,2 kilometr olacaq – bunun 2,2 kilometri Qldani, 3 kilometri isə Varketili istiqamətində yerləşəcək.

Layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan müddət 5 ildir və işlərin bir neçə mərhələdə aparılması planlaşdırılır.

Maliyyə məsələsinə gəldikdə isə, layihə üçün 2025-ci il büdcəsində vəsait ayrılmayıb. Lakin 2026 və 2027-ci illərdə hər il üçün 15 milyon ABŞ dolları olmaqla, ümumilikdə 30 milyon dolların xərclənməsi nəzərdə tutulur.

Hazırda Tbilisi metrosunda 23 fəaliyyət göstərən stansiya mövcuddur – bunlardan 16-sı Qldani–Varketili, 7-si isə Saburtalo xəttində yerləşir. Metro xətlərinin ümumi uzunluğu 26,4 kilometrdir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər