Yerlı iri buynuzlu heyvanların ixracı 20 dəfə artıb
2025-ci ilin yanvar-fevral aylarında Gürcüstandan 3 034 ton diri iri buynuzlu heyvan ixrac olunub.
InterPress.ge xəbər verir k, bu ixracın ümumi dəyəri 8.8 milyon ABŞ dollarını keçib.
Halbuki 2024-cü ilin eyni dövründə cəmi 153 ton mal-qara ixrac olunmuşdu və onun dəyəri 390 460 dollar təşkil edirdi.
İxracın həcmi ilə yanaşı, onun dəyəri də artıb. Belə ki, ötən il 1 kiloqram diri mal-qaranın orta ixrac qiyməti (vergilərsiz) 2.54 dollar olduğu halda, bu il həmin qiymət 2.9 dollara yüksəlib. Rəqəmlər göstərir ki, qiymət 14% artıb.
Qeyd edilməlidir ki, yerli mal-qaranın ixracının böyük hissəsi – təxminən 90 faizi – İraqa, qalan hissəsi isə Azərbaycana həyata keçirilir.
Gürcüstanın Milli Statistika İdarəsinin (Sakstat) məlumatına əsasən, 2025-ci ilin yanvar-fevral aylarında ixracın coğrafiyası belə olub:
• İraq – 2 729 ton diri mal-qara, dəyəri 8.18 milyon ABŞ dolları;
• Azərbaycan – 304 ton, dəyəri 631 min ABŞ dolları.


