Gürcüstan Universitetində azərbaycan dilli tələbələrlə görüş keçirilib
Gürcüstan Universiteti azərbaycandilli tələbələrə ev sahibliyi edib.
InterPress.ge xəbər verir ki, görüş “Sophopolis” təşkilatı tərəfindən təşkil olunub.
Bu təşkilat Gürcüstan Universiteti ilə uzunmüddətli əməkdaşlıq əlaqələrinə malikdir. Təşkilatın rəhbəri, eyni zamanda pedaqoq olan Elvir Həsənoğlu Gürcüstan Universitetində tələbələrlə görüş keçirib.
Görüşün mövzusu “Karyera planlaşdırılması” olub. Tələbələrlə keçirilən bu görüşdə Gürcüstan Universitetinin rektoru cənab Konstantine Topuria və rektorun müşaviri Ceyhun Məhəmmədəli (Nərzalov) da iştirak ediblər.
Görüş zamanı rektor azərbaycandilli tələbələrlə uğur yolları və liderlik bacarıqlarının formalaşdırılması barədə danışıb. O, tələbələrin ölkənin inkişaf prosesində iştirakının vacibliyini xüsusi vurğulayıb.
.png)
.png)
.png)
.png)


