07 
Apr
2025
14:47
246

Külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanması və satışına cəhd ittihamı ilə bir şəxsə  ittiham irəli sürülüb

Bir nəfərə xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması və satışına cəhd faktlarına görə rəsmi ittiham irəli sürülüb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

İstintaq məlumatına əsasən, təqsirləndirilən şəxs tərəfindən qanunsuz şəkildə əldə olunmuş və saxlanılan narkotik vasitə – 66 ədəd paketlənmiş “alfa-PVP” maddəsi, mobil telefon, yapışqan lentlər, tərəzi, kürək və dron onun evində, avtomobilində və şəxsi üzərində keçirilən axtarış zamanı aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin araşdırmasına əsasən, təqsirləndirilən şəxs bu narkotik vasitəni satış məqsədilə Mtsxeta və Qori ərazilərində yerləşdirib. Digər bölgələrdə yaymaq niyyətində olarkən isə hüquq-mühafizə orqanları tərəfindən Telavidə saxlanılıb.

Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü və 6-cı hissələri, həmçinin 19-260-cı maddənin 5-ci və 7-ci hissələri ilə ittiham irəli sürülüb. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluğun vəsatəti əsasında məhkəmə tərəfindən ona qarşı həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər