09 
Apr
2025
10:48
310

9 Aprel memorialında gərginlik – etirazçılar GTU rektorunu və məmurları əraziyə buraxmayıblar

"9 Aprel memorialı önündə toplaşan etirazçılar Gürcüstan Texniki Universitetinin rektoru David Qurgenidze və onunla birlikdə olan şəxslərə əraziyə daxil olmağa imkan verilməyib.

InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları memorial ətrafında canlı kordon yaradıblar, bu da müəyyən gərginliyə səbəb olub.

Nəticədə, Texniki Universitetin rektoru memorial ərazisini tərk edib.

Etirazçılar memoriala yaxınlaşan digər dövlət məmurlarını da etirazla qarşılayıblar. Onlar Tbilisi Bələdiyyə Məclisinin “Gürcü Arzusu – Demokratik Gürcüstan” fraksiyası sədrinin müavini Konstantine Zarnadzeyə də memoriala yaxınlaşmağa imkan verməyiblər.

Aksiya iştirakçıları “Ruslar!”, “Gedin!” şüarlarını səsləndirərək, memorialın siyasiləşdirilməsinə və rəsmi şəxslərin ziyarətinə qarşı çıxış ediblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər