Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Şalva Papuaşvili: “Küçə terroru donorların təşviqi və QHT-lərin təşkilatçılığı ilə öz iyrəncliyinin zirvəsinə çatıb”

222
Şalva Papuaşvili: “Küçə terroru donorların təşviqi və QHT-lərin təşkilatçılığı ilə öz iyrəncliyinin zirvəsinə çatıb”
Dinləmək üçün basın

9 Aprel hadisələrindən sonra baş verənlər donorlar tərəfindən təşviq olunan və QHT-lər tərəfindən təşkil edilən “küçə terrorunun” kulminasiyasıdır. "

9 Aprel hadisələrindən sonra baş verənlər donorlar tərəfindən təşviq olunan və QHT-lər tərəfindən təşkil edilən “küçə terrorunun” kulminasiyasıdır. "

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, 2 aprel gecə saat 2 radələrində parlament sədrinin müavini Tea Tsulukianinin evinə hücum edilib – o evdə Tsulukianinin ailəsi və azyaşlı övladı yaşayır.

“Evə hücum, gecəyarısı uşaqların gözü önündə törədilən terror – bu, tanış əllərin izidir. Bu günlərdə bu əllərin izlərini, məhz Tea Tsulukianinin rəhbərlik etdiyi parlament istintaq komissiyasının gedişində, bütün Gürcüstan dinləyir”, – deyə Papuaşvili yazır.

O, həmçinin qeyd edir ki, artıq üçüncü gündür bu terrora qarşı “həmrəylik göstərən donorlar Gürcüstan cəmiyyətinə cavab verməyi, qınamağı və məsafə qoymağı belə özlərinə rəva bilmirlər”.

“Avropanın adından hərəkət edən bu vandalların bugünkü zorakı aktı bir daha düşünməyə əsas verir – görəsən, xaricdən bizə kimləri hakimiyyətə gətirmək istəyirdilər? Bu insanlar heç kəsi əsirgəməzlər – nə qadını, nə kişini, nə uşağı, nə yaşlını.”

Papuaşvili bəyan edib ki, baş verənlər Gürcüstanda sabitliyi pozmağa yönəlmiş təhlükəli bir tendensiyanın göstəricisidir və bu cür hallara qarşı beynəlxalq reaksiya verilməlidir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →