Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Tbilisidə iki məktəbli uşaq itkin düşüb

717
Tbilisidə iki məktəbli uşaq itkin düşüb
Dinləmək üçün basın

Tbilisidə itkin düşmüş iki məktəbli uşaq axtarılır.

Tbilisidə  itkin düşmüş iki məktəbli uşaq axtarılır.

InterPress.ge xəbər verir ki, bu barədə uşaqların yaxınları sosial şəbəkələrdə məlumat yayıb və ictimaiyyətdən kömək istəyirlər.

Məlumata görə, uşaqlar 1 Aprel tarixində günorta saat 14:00-dan sonra şəhərin 31 saylı dövlət məktəbinin yaxınlığından çıxıblar və evə geri qayıtmayıblar.

“Dünən saat 14:00-dan sonra 6-cı sinif şagirdi (İlianın sinif yoldaşı) – 31 saylı dövlət məktəbinin yaxınlığında itib. Barbare Lapaçi – məktəbdən evə qayıtmayıb. Zəhmət olmasa, şəkilə diqqət yetirin və hər hansı məlumatınız varsa, dərhal mənimlə əlaqə saxlayın”, – deyə yaxınlarından biri paylaşımda yazıb.

Məlumat sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, Çuğureti, Avlabari və Nadzaladevi rayonlarında fəaliyyət göstərən qruplarda paylaşsınlar.

Uşaqları görən və ya onların harada olması ilə bağlı məlumatı olan şəxslərdən dərhal valideynlərə və ya müvafiq orqanlara məlumat vermələri xahiş olunur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →