
Marneulidəki restoranda baş verən insidentlə bağlı yeni görüntülər ortaya çıxdı - VİDOE
Ötən gecə Marneulinin Rustaveli küçəsində yerləşən “Beli Dom” (Ağ ev) restoranında baş verən atışma və qarşıdurma ilə bağlı yeni görüntülər yayılıb.
InterPress.ge-yə daxil olan videomateriallarda hadisə yerində mübahisə anları aydın görünür. Kadrlarda bir neçə şəxsin iştirak etdiyi sözlü qarşıdurma əks olunub.
Videonu təqdim edən mənbənin bildirdiyinə görə, bu kadrlarda əks olunan mübahisə əsas insidentdən sonra baş verib və nisbətən kiçik qarşıdurmadır.
Görüntülərdən aydın olur ki, insidentin ardından əraziyə polis əməkdaşı cəlb olunub.
Əldə edilən məlumata görə, artıq faktla bağlı araşdırma başladılıb.
InterPress.ge hadisə ilə bağlı rəsmi mövqe almaq üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb, ancaq bununla bağlı DİN-nin mətbuat xidmətindən məlumat verilməyib.