Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Bu gün Tbilisi və regionlarda etiraz aksiyaları keçiriləcək

267
Bu gün Tbilisi və regionlarda etiraz aksiyaları keçiriləcək
Dinləmək üçün basın

Etirazların 143-cü günü münasibətilə bu gün Gürcüstanın paytaxtı Tbilisidə və müxtəlif regionlarında aksiyalar və yürüşlər planlaşdırılıb.

Etirazların 143-cü günü münasibətilə bu gün Gürcüstanın paytaxtı Tbilisidə və müxtəlif regionlarında aksiyalar və yürüşlər planlaşdırılıb.

InterPress.ge xəbər verir ki, Tbilisidə tədbirlər bir neçə məkanda keçiriləcək.

 

  • Saat 19:00-da aksiya iştirakçıları İctimai Yayım Şirkətinin qarşısında toplaşaraq parlament binasına yürüş edəcəklər.
  • Eyni saatda – 19:00-da – digər bir qrup vətəndaş birbaşa olaraq Rustaveli prospektində, parlamentin qarşısında toplanacaq.
  • Saat 23:00-da isə birləşmiş aksiyanın iştirakçıları Rustaveli prospektində birgə şəkildə Pasxa bayramını qarşılayacaqlar.

Regionlarda planlaşdırılan aksiyalar:

 

  • Qori – Saat 17:00-da, şəhər şurasının qarşısında “Rejim məhbusları azad edilsin və yeni seçkilər təyin olunsun!” şüarı ilə aksiya keçiriləcək.
  • Axaltsixe – Saat 18:00-da, Şota Rustavelinin heykəli qarşısında aksiya baş tutacaq.
  • Batumi – Saat 19:00-da, Konstitusiya Məhkəməsinin qarşısında “Vətənə xidmət üçün!” şüarı ilə aksiya keçiriləcək.
  • Zuqdidi – Saat 19:00-da, regional administrasiya qarşısında “Rus rejiminə qarşı” adlı aksiya olacaq.
  • Telavi – Saat 19:00-da, meriyanın qarşısında etiraz aksiyası planlaşdırılıb.
  • Kutaisi – Saat 19:00-da, meriyanın qarşısında vətəndaşlar “Bəli Avropaya, yox Rusiyaya” şüarı ilə toplaşacaqlar.
  • Çxorotsqu – Saat 20:00-da, meriya qarşısında “Etiraz etməyə cəsarət et – hər gün!” adlı aksiya keçiriləcək.

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →