19 
Apr
2025
22:18
139

Tələbələr və valideynlər “siyasi məhbuslara azadlıq” tələbi ilə Parlamentdən memoriala yürüş ediblər

Etirazların 143-cü günündə tələbələr və aksiya zamanı saxlanılan şəxslərin valideynləri Tbilisidə Parlament binasından Qəhrəmanlar meydanına yürüş ediblər.

InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları Qəhrəmanların memorialı önündə andiçmə mərasimi keçiriblər.

Yürüş zamanı hüquq-mühafizə orqanları etirazçılara yolun bir zolağını bağlamağa icazə verib, vətəndaşlar da bu zolaqla hərəkət edərək Parlamentdən Qəhrəmanlar meydanına çatıb.

Aksiyaçılara daha sonra İctimai Yayım Şirkətinin qarşısından gələn yürüşçülər də qoşulub. Onlar andiçmə mərasimindən sonra yenidən Parlamentə doğru yürüşə başlayıblar.

Etirazçılar bildirirlər ki, Pasxa bayramını birlikdə, Kaşveti kilsəsinin qarşısında qarşılayacaqlar.

Etirazların əsas tələbləri dəyişməz olaraq qalır:

 

  • Yeni seçkilərin təyin olunması
  • Siyasi məhbusların azadlığa buraxılması

Aksiyalar Tbilisi ilə yanaşı, regionlarda da davam edir.

Bizimlə əlaqə saxlayın