21 
Apr
2025
14:45
267

Rustaveli prospektində nəqliyyatın hərəkəti bərpa olundu

Tbilisidə Rustaveli prospektində avtomobil hərəkəti yenidən bərpa edilib.

InterPress.ge xəbər verir ki, yolun hərəkət hissəsində nəqliyyatın hərəkəti, polis əməkdaşlarının aksiya iştirakçılarını ərazidən uzaqlaşdırmasından sonra mümkün olub.

Aksiya zamanı iştirakçılarla hüquq-mühafizə orqanları arasında qarşıdurma yaşanıb. İlkin məlumata görə, polis tərəfindən iki nəfər saxlanılıb.

Saxlanılan şəxslərlə bağlı məlumat Daxili İşlər Nazirliyində dəqiqləşdirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər