21 
Apr
2025
15:20
254

“Gürcü Arzusu” : “Gürcü Arzusu” Avropa İttifaqının genişlənməsinə ən hazırlıqlı ölkə olaraq qatılacağına söz verir“

"Gürcüstan 2030-cu ildə planlaşdırılan Avropa İttifaqının genişlənməsinə ən yaxşı hazırlıqla qoşulan namizəd ölkə olacaq."

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun siyasi şurası partiyanın 13 illiyi münasibətilə yaydığı bəyanatda bildirir.

Bəyanatda deyilir ki, Avropa bürokratiyası hələ də Gürcüstana qarşı şantajla və qeyri-demokratik qüvvələrin hakimiyyətə qaytarılması cəhdləri ilə məşğuldur: “Cəmiyyətə söz veririk ki, siyasi komandamız bütün çağırışların öhdəsindən ləyaqətlə gələcək və Gürcüstan 2030-cu ildə Avropa İttifaqının genişlənməsinə namizəd ölkələrdən daha hazırlıqlı şəkildə qatılacaq. Ümid edirik ki, həmin vaxta qədər Brüsselin indiki bürokratiyası da ləyaqətli, müstəqil və Aİ-nin gələcəyinə fokuslanan siyasi elita ilə əvəz olunacaq”.

Partiyanın fikrincə, Gürcüstan bu gün hər zamankindən daha müstəqil və suveren ölkədir: “Heç kim artıq hökumətə öz maraqları üçün zərərli addımlar atmağa göstəriş verə bilməz. ‘Gürcü Arzusu’ hökuməti milli maraqlardan çıxış edir və bu maraqların zərərinə heç vaxt kompromisə getməyəcək. Gələcəkdə də vətəni, kilsəni və milli dəyərləri ardıcıl olaraq müdafiə edəcək”.

Bizimlə əlaqə saxlayın