Koronavirusdan ölənlərin sayı 21 nəfərə çatıb.
InterPress.ge ipn-ə istinadən xəbər verir ki, xəstə Kutaisidə "Beaumonde" klinikasında həyatını itirib.
Mövcud məlumatlara görə, xəstə Batumidəndir. Yaşlı qadının bir neçə xəstəliyi və vəziyyəti ağır olub. O, bir neçə gün əvvəl klinikaya müraciət edib.
Klinika qısa müddət ərzində ətraflı məlumat yayacaq.
