24 
Apr
2025
13:19
148

Dövlət qulluğundan azad olunmuş şəxslərə dəstək məqsədilə 10 həmkarlar ittifaqı və QHT yürüş keçirəcək

1 may – Beynəlxalq Əmək Günündə, saat 19:00-da Tbilisidəki Orbeliani (Kollektiv Təsərrüfat) meydanından hökumət administrasiyasınadək 10 həmkarlar ittifaqı və ictimai təşkilat yürüş təşkil edəcək. Aksiya iştirakçıları dövlət qulluqçularına qarşı repressiyalara və ölkədə hökm sürən sosial ədalətsizliyə etirazlarını bildirəcəklər.

InterPress.ge xəbər verir ki, bu barədə “Konstitusiyanın 78-ci maddəsi üzrə Dövlət Qulluqçularının Müstəqil Peşəkar İttifaqı”nın həmsədri Kaxi Samxaradze brifinqdə məlumat verib.

Onun sözlərinə görə, hazırda dövlət xidmətindən 800 nəfər işdən çıxarılıb."

Bəzi dövlət qurumlarında yenidən təşkilatlanma gedir. Bu mərhələdə 800 nəfər dövlət qulluğundan azad olunub. Yalnız bir qurumdan – Dövlət Reyestrindən 200-dən çox əməkdaş işdən çıxarılıb. Təhsil Nazirliyində də repressiyalar başlayıb, mərkəzi aparatın özündə “reorganizasiya” adı altında əslində fikir və düşüncəyə görə təzyiqlər həyata keçirilir. Bu proses məktəbləri və universitetləri də əhatə edir. Hətta məktəb səviyyəsində Dövlət Təhlükəsizlik Xidmətinin müdaxiləsi gözlənilir. Bu, ciddi nəticələrə gətirib çıxaracaq”, – deyə Samxaradze bildirib.

O qeyd edib ki, baş verənlərə qarşı həmrəylik nümayiş etdirmək üçün 10 müstəqil peşəkar ittifaq birgə yürüş təşkil edəcək. Yürüş simvolik olaraq əməkçilərin ilk dəfə bir araya gəldiyi meydan olan Orbeliani meydanından başlayacaq və Rustaveli prospektində davam edən aksiya ilə birləşəcək.

Bizimlə əlaqə saxlayın