24 
Apr
2025
14:37
243

Kaxa Kaladze: 2028-ci ildə də “Gürcü Arzusu” qalib gələcək

Tbilisi meri və “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze bildirib ki, 2028-ci il parlament seçkilərində də “Gürcü Arzusu” qalib gələcək və gələcək seçkilərdə də eyni nəticə olacaq.

InterPress.ge xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Kaladze vurğulayıb ki, xalqın iradəsi “Gürcü Arzusu”nun həyata keçirdiyi siyasətdir. Onun sözlərinə görə, əgər Gürcüstan Qərbdən olan bəzi “azğınlaşmış, korrupsiyalaşmış bürokratların” tələbi ilə ikinci cəbhə açsaydı, bu gün ölkədə tamamilə fərqli vəziyyət olardı.

“Radikallar azlıqdadır. Siz azsınız və buna uyğunlaşmaq məcburiyyətində qalacaqsınız. 2028-ci ildə də qalib gələcəyik,” – deyə Kaladze bildirib.

Tbilisi meri Avropa İttifaqının viza rejimini dayandırmaq ehtimalına da münasibət bildirib və məsuliyyəti “azğınlaşmış bəzi bürokratların” üzərinə qoyub. Kaladzenin sözlərinə görə, bu şəxslər Gürcüstan xalqına və dövlətinə şantaj dili ilə danışırlar.

“Bu bəyanatların arxasında Gürcüstana qarşı uduzmuş bəzi korrupsiyalaşmış bürokratlar dayanır. Onlar hər mərhələdə bizi şantaj edirlər – əvvəlcə namizəd statusu ilə, sonra danışıqların açılıb-açılmaması ilə, indi isə vizasız rejim və assosiasiya sazişi ilə. Amma Gürcüstan Avropa inteqrasiyası yolunda öhdəliklərini yerinə yetirən ən qabaqcıl ölkələrdəndir,” – deyə Kaladze qeyd edib.

Jurnalistin viza rejiminin dayandırılması ilə bağlı sualına cavab olaraq Kaladze bildirib ki, onun üçün ən önəmli olan Gürcüstanın müstəqilliyi və suverenliyidir. Kimin bu müstəqilliyi təhlükə altına aldığını soruşduqda isə Kaladze yenə də “azğınlaşmış konkret bürokratları” günahlandırıb.

“Gürcüstanda ‘ukraynalaşma’ baş verməyəcək,” – deyə Kaladze vurğulayıb.

Kaladzenin sözlərinə görə, bu gün Gürcüstanda 2012-ci ildən əvvəlki vəziyyət yoxdur, ölkə iqtisadi baxımdan inkişaf edir, biznes böyüyür və yeni iş yerləri yaradılır. O, iqtisadi artımın əhalinin həyatında necə əks olunduğunu göstərmək üçün Tbilisidə artan avtomobil sayını misal çəkib.

Bizimlə əlaqə saxlayın