28 
Apr
2025
14:52
385

Marneulidə “Marneuli Open 2025” şahmat turniri keçirilib

26-27 aprel tarixlərində "Marneuli Open 2025” şahmat turniri keçirilib.

InterPress.ge xəbər verir ki, turnir "İnkişaf və Təhsil Mərkəzi"nin təşkilatçılığı və "SOCAR"ın dəstəyi ilə həyata keçirilib.

Turnirdə uşaq, yeniyetmə və gənclər olmaqla ümumilikdə 70-dən çox şahmatçı iştirak edib.

Tədbirin açılış mərasimində “Gürcüstan Şahmat Federasiyası”nın vitse-prezidenti Giorgi Giorgadze və “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin direktoru Murad Muradov çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.

26 aprel tarixində keçirilən qarşılaşmalarda 12 və 16 yaş kateqoriyalarında qaliblər müəyyənləşib.

12 yaş kateqoriyasında:
    •    I yer – Timur Kələyev (6 xal, Marneuli Tea House)
    •    II yer – Ayhan Əsgərov (6 xal, Marneuli Tea House)
    •    III yer – Murat Nəbiyev (6 xal, Marneuli GAİM)

16 yaş kateqoriyasında:
    •    I yer – Tahir Məmmədov (7 xal, Qaraçöp)
    •    II yer – Əli Əliyev (6.5 xal, Marneuli Tea House)
    •    III yer – Bəhlül Quliyev (6 xal, Qaraçöp)

Qaliblərə kubok, medal və sertifikatlar təqdim olunub. Eyni zamanda, 24-25 aprel tarixlərində Rustavi şəhərində keçirilən Kvemo Kartli Şahmat Çempionatının qalibləri də xüsusi mükafatlarla təltif ediliblər. Onlara Gürcüstan Şahmat Federasiyasının vitse-prezidenti Giorgi Giorgadze tərəfindən medal, kubok və sertifikatlar təqdim edilib.

Turnirin baş hakimləri Tea House-un gənc şahmatçıları Cahandar Bayramov, Tacir Allahverdiyev, Turac Həsənov, Emil Allahverdiyev və Qasım Əliyev olub.

27 aprel tarixində isə “Marneuli Open 2025” turnirinin ikinci günündə 16 yaşdan yuxarı şahmatçılar mübarizə aparıblar.

9 iştirakçının yarışdığı bu mərhələdə:
    •    I yer – Bəxtiyar Məmmədov (6 xal)
    •    II yer – Cahandar Bayramov (5.5 xal)
    •    III yer – Abdullah Məmmədov (5.5 xal)

Turnirin sonunda I yerin sahibinə pul mükafatı, kubok və medal, II və III yerlərin qaliblərinə isə sertifikatlar və medallar təqdim edilib.

“Marneuli Open 2025” turniri Marneulidə şahmatın inkişafına böyük töhfə verib və gənc istedadların özlərini göstərməsi üçün geniş imkan yaradır.

 


 


 


 


 


 


 

Bizimlə əlaqə saxlayın