Mayın ilk günü hava necə olacaq?-PROQNOZ
29-30 aprel və 1 may tarixlərində ölkədə sərin və zaman-zaman yağıntılı hava gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Tbilisidə 29 aprel tarixində soyuq, buludlu, dumanlı və yağışlı hava olacaq. Günorta saatlarında havanın temperaturu +8, +10 dərəcə təşkil edəcək. 30 aprel və 1 may tarixlərində isə qısamüddətli yağış müşahidə oluna bilər, temperatur +18, +20 dərəcəyə qədər yüksələcək.
Sahilyanı rayonlarda (Batumi, Kobuleti, Anaklia, Poti) 29 aprel tarixində yağıntısız hava olacaq, 30 apreldən etibarən isə yenidən yağış başlayacaq. Havanın temperaturu gündüz saatlarında +13, +15 dərəcə olacaq, 1 mayda isə nisbətən isti hava gözlənilir.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurgeti) 29 aprel tarixində yağıntısız və küləkli hava müşahidə olunacaq, 30 apreldən etibarən bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Shovi, Chiatura, Sachkhere, Khulo, Rikoti aşırımı) 29 apreldə də yağıntısız və küləkli hava olacaq, 30 apreldən etibarən bəzi yerlərdə yağış gözlənilir. Temperatur gündüz saatlarında +18, +23 dərəcə olacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Bakhmaro) 29 apreldə yağışsız hava olacaq, 30 apreldən isə bəzi yerlərdə yağış müşahidə olunacaq. Temperatur gündüz +13, +18 dərəcə olacaq.
Kartli bölgəsində (Rustavi, Bolnisi, Marneuli, Gardabani, Gori, Tsxinvali) 29 apreldə soyuq, buludlu, dumanlı və yağışlı hava gözlənilir. Gori-Surami yolunda güclü külək olacaq. Temperatur gündüz +6, +11 dərəcə təşkil edəcək. 30 apreldən etibarən temperatur +17, +22 dərəcəyə qədər artacaq, bəzi yerlərdə qısamüddətli yağış müşahidə oluna bilər.
Kaxeti bölgəsində (Saqareco, Telavi, Qurdzani, Siqnaqi, Laqodexi, Qvareli, Axmeta, Dedoplistskaro) 29 apreldə soyuq, buludlu, dumanlı və yağışlı hava olacaq. Temperatur gündüz +6, +11 dərəcə təşkil edəcək. 30 apreldən temperatur +16, +21 dərəcəyə qədər yüksələcək, bəzi yerlərdə qısamüddətli yağış və dolu ehtimal edilir.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri) bəzi yerlərdə yağışlı hava müşahidə olunacaq. Temperatur gündüz +13, +18 dərəcə olacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) bəzi yerlərdə yağışlı hava müşahidə olunacaq. Temperatur gündüz +8, +13 dərəcə təşkil edəcək.


