Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstan və Ermənistan prezidentləri regional məsələləri müzakirə ediblər

206
Gürcüstan və Ermənistan prezidentləri regional məsələləri müzakirə ediblər
Dinləmək üçün basın

Mixail Ğavelaşvili Ermənistan Respublikasına rəsmi səfəri çərçivəsində Prezident sarayında erməni həmkarı Vaaqn Xaçaturyanla görüşüb.

Mixail Ğavelaşvili Ermənistan Respublikasına rəsmi səfəri çərçivəsində Prezident sarayında erməni həmkarı Vaaqn Xaçaturyanla görüşüb.

InterPress.ge  xəbər verir ki, Prezident Administrasiyasının yaydığı məlumata görə, təkbətək görüş zamanı tərəflər Gürcüstan-Ermənistan münasibətlərinin dostluq və tərəfdaşlıq ruhunda inkişafını, eləcə də bu əməkdaşlığın müxtəlif sahələr üzrə dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

M.Kavelaşvili görüş zamanı Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə Ermənistan Prezidentinə təşəkkürünü bildirib. Liderlər, həmçinin regiondakı siyasi proseslərə, eləcə də Cənubi Qafqazda sülh və sabitliyin qorunmasının vacibliyinə dair fikir mübadiləsi aparıblar.

Görüş zamanı Gürcüstan Prezidenti Tbilisidə baş tutmuş Gürcüstan–Ermənistan–Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünə toxunaraq bu formatın davamlılığının regionda sülh və əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm rol oynayacağını vurğulayıb.

Görüş başa çatdıqdan sonra prezidentlər birgə mətbuat konfransı keçirərək danışıqların nəticələrinə dair ictimaiyyəti məlumatlandırıblar.

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →