Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Prokurorluq bir neçə fond rəhbərinin evlərində keçirilən axtarışlarla bağlı bəyanat yayır

196
 Prokurorluq bir neçə fond rəhbərinin evlərində keçirilən axtarışlarla bağlı bəyanat yayır
Dinləmək üçün basın

Tbilisi Şəhər Məhkəməsinin qərarı əsasında “fondların” rəhbərlərinin - Nana Jorjoliani, Aleksandre Tsqitişvili, Laşa Arveladze, Quga Xelaia və Mariam Bacelidzenin faktiki və qeydiyyat ünvanlarında yerləşən yaşayış…

Tbilisi Şəhər Məhkəməsinin qərarı əsasında “fondların” rəhbərlərinin - Nana Jorjoliani, Aleksandre Tsqitişvili, Laşa Arveladze, Quga Xelaia və Mariam Bacelidzenin faktiki və qeydiyyat ünvanlarında yerləşən yaşayış evlərində və şəxsi əşyalarında axtarışlar aparılır.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğunun yaydığı məlumatda bildirilib.

Prokurorluğun açıqlamasında qeyd olunur ki, araşdırma sabotaj, ağırlaşdırıcı hallarda sabotaj cəhdi, xarici təşkilatlara və xarici nəzarətə tabe olan təşkilatlara düşmən fəaliyyətində yardım etmə, Gürcüstanın konstitusiya quruluşuna və milli təhlükəsizlik əsaslarına qarşı fəaliyyət üçün maliyyə toplama faktları üzrə aparılır.

Bildirilib ki, 2025-ci il 17 martda “Nanuka Fondu”, “Frosferiti”, “Fond Bir-biri üçün 24/7”, “Sirtsxviliya” və “Tbilisi İnsan Hüquqları Evi”nin bank hesablarına həbs qoyulub. Bu fondların, ictimai qaydalara qarşı ağır cinayət törətməkdə təqsirləndirilən şəxslərin və onların ailə üzvlərinin maliyyə təminatında, həmçinin inzibati cərimələrin ödənilməsində iştirak etdiyi göstərilir.

Prokurorluğun məlumatına görə, cinayət işi çərçivəsində sübut kimi əhəmiyyətli informasiyaların və sənədlərin əldə olunması məqsədilə məhkəmə qərarı əsasında axtarışlar həyata keçirilir. Bu prosesi Gürcüstan Prokurorluğunun istintaq bölmələri və Dövlət Təhlükəsizlik Xidməti birgə icra edirlər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →