Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Vaqzal bazarında yanğından zərərçəkənlər Tbilisi meriyasının nümayəndələrinin gəlməsini tələb edirlər

308
Vaqzal bazarında yanğından zərərçəkənlər Tbilisi meriyasının nümayəndələrinin gəlməsini tələb edirlər
Dinləmək üçün basın

Dünən Tbilsinin “Vaqzal bazarı” ərazisində baş vermiş yanğından zərərçəkən vətədanşlar Tbilisi meriyasının nümayəndələrinin hadisə yerinə gəlməsini tələb edirlər.

Dünən Tbilsinin “Vaqzal bazarı”  ərazisində baş vermiş yanğından zərərçəkən vətədanşlar Tbilisi meriyasının nümayəndələrinin hadisə yerinə gəlməsini tələb edirlər.

InterPress.ge xəbər verir ki, bu barədə yanğından zərərçəkmişlər bildirib.

“ Tbilisi meriyasından mərhəmət istəyirik. Burada toplaşanların hamısı sadə insanlardır. Siyasət bizi maraqlandırmır və başa da düşmürük. Bizim işimiz ailəmiz üçün çörək qazanmaqdır. Mən şəxsən bir neçə dəfə Tbilisi meriyasına zəng etdim, amma heç kim cavab vermədi. Biz Tbilisi meriyasının nümayəndəsini gözləyirik. Kimsə meriyadan gəlib bizə desin ki, necə və nə ilə kömək edəcəklər. Mənim anbarımda geyim malları var idi, indi isə yalnız bank borcu qalıb, başqa heç nə.

Bu gün biz öz mallarımızın saxlandığı yerləri görmək istəyirdik, çünki bəziləri deyir ki, mallar oğurlanıb… Əgər yansa idi, yanan mallar da qalmalı idi! Biz əraziyə buraxılmadıq. Belə böyük ərazi yanmadan necə məhv olardı?! –  satıcılardan biri bildirib.

Qeyd edək ki, “Vaqzal bazarında” dünən baş vermiş yanğından sonra bu gün səhər saatlarında ərazidə səs-küy və satıcılarla polis arasında qarşıdurma yaşanıb. Satıcılar anbarlara daxil olaraq yanğından sağ qalan mallarını çıxarmağa çalışıblar, lakin polis onların əraziyə girişinə imkan verməyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →