Hökumət adminstrasiyasından sərt karantin rejimi ilə bağlı açıqlama verildi
"Gürcüstanda koronavirus hadisələrinin sayının artmasına baxmayaraq, epidemioloji vəziyyətin nəzarət altındadır və idarə oluna biləcəyini əminliklə söyləmək olar".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumət adminstrasiyasının başçısı Natia Mezvrişvili qeyd edib.
Onun sözlərinə görə, ölkə daxilində fövqəladə vəziyyət və ciddi məhdudiyyətlər elan etmək planları yoxdur.
“Bu gün 218 hal aşkarlanıb və təəssüf ki, iki yoluxmuş vətəndaşımız həyatını itirdi. Artan yoluxma sayına baxmayaraq, bu gün əminliklə deyə bilərik ki, vəziyyət hələ də nəzarətdədir və idarə olunur. Çaxnaşmaya səbəb yoxdur. Ölkədə sahibkarların və təsərrüfat subyektlərinin qorxusu olan fövqəladə vəziyyət və ciddi məhdudiyyətlər elan etməyəcəyik. Məqsədli və hədəflənmiş məhdudiyyətlər bölgələrdə ola bilər, təbii olaraq bu və ya digər bölgədəki epidemioloji vəziyyətdən asılıdır", - Mezverişvili dedi.


