Tbilisidə “Avropada güc, birlikdə güc” şüarı ilə aksiya keçiriləcək
9 may tarixində Tbilisidə, Avropa meydanında “Avropada güc, birlikdə güc” şüarı ilə aksiya keçiriləcək.
InterPress.ge xəbər verir ki, bu barədə sosial şəbəkələrdə aksiya təşkilatçıları məlumat yayıb.
Aksiyanın təşkilatçıları bildiriblər ki, tədbir saat 19:00-da başlayacaq və Avropa gününü Gürcüstan xalqı Avropa gələcəyi uğrunda mübarizədə qarşılayacaq.
Təşkilatçıların məlumatına görə, aksiya Avropa İttifaqının yaranmasının 75 illiyinə həsr olunacaq və Gürcüstanın avropalı gələcəyi, azadlıq və ədalət uğrunda mübarizənin simvolu olacaq.
“9 may Avropa günüdür və bizim birliyimizin günüdür. 75 il əvvəl Avropa İttifaqının təməli qoyuldu – tarixdə dövlətlərin ən güclü birliyi, burada hər bir ölkə və hər bir vətəndaş xarici təhlükələrdən, dövlət zorakılığından, ədalətsizlikdən və yoxsulluqdan azad və qorunmuşdur.
Əsrlər boyu gürcü kimliyindən imtina etmədən, düşmənə təslim olmadan, Avropa İttifaqının qapısına qədər mübarizə apararaq gəldik.
Avropa günü azadlıqsevər hər bir insan üçün xalqın iradəsinin zülmə qarşı qələbəsinin bayramıdır.
Biz Avropa gününü Avropa gələcəyimiz uğrunda mübarizədə qarşılayırıq. Mübarizəmizin qəhrəmanları – vicdan məhbusları ilə, onların azad olunması tələbi ilə, onların ailə üzvləri ilə hörmət və minnətdarlıqla, qələbə inancımızla, gürcü kimliyimiz və avropaçılığımızın birliyi və gücü ilə qarşılayırıq.
9 may saat 19:00-da sizi Avropa meydanında gözləyirik. Birlikdə dayanıb keçmiş və gələcək nəsillərə, Avropaya və dünyaya deyək ki, iradəmiz sarsılmazdır. Çünki Gürcüstan Avropaya məxsusdur və Avropanın vədi Gürcüstan xalqınadır.
Bizim gücümüz Avropadadır! Bizim gücümüz birlikdədir!” – deyə məlumatda qeyd olunub.


