Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Tbilisi Şəhər Məhkəməsində 7 noyabr işi üzrə Mixeil Saakaşvilinin məhkəmə prosesi keçirilir

291
Tbilisi Şəhər Məhkəməsində 7 noyabr işi üzrə Mixeil Saakaşvilinin məhkəmə prosesi keçirilir
Dinləmək üçün basın

Tbilisi Şəhər Məhkəməsində 7 noyabr işi üzrə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin və onunla birlikdə təqsirləndirilən keçmiş yüksək vəzifəli şəxslərin məhkəmə prosesi davam edir.

Tbilisi Şəhər Məhkəməsində 7 noyabr işi üzrə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin və onunla birlikdə təqsirləndirilən keçmiş yüksək vəzifəli şəxslərin məhkəmə prosesi davam edir.

InterPress.ge xəbər verir ki, Mixeil Saakaşvili bugünkü iclasa “Vivamed” klinikasından onlayn qoşulub.

Bu günkü məhkəmə iclasında prokurorluğun sübutlarının araşdırılması davam edəcək – xüsusilə şahid Zurab Nonikaşvili dindirəcək. Onun əsasən “İmedi” televiziya kanalının lisenziyasının dayandırılması məsələsindən danışacağı gözlənilir.

Xatırladaq ki, dövlət ittihamı Mixeil Saakaşvilini 2007-ci il 7 noyabr mitinqinin zorakılıqla dağıdılmasında, “İmedi” televiziyasına hücumda və Badri Patarkatsişvilinin əmlakını qanunsuz ələ keçirməkdə ittiham edir.

Sabiq prezidentə ittiham Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsinin üçüncü hissəsi ilə irəli sürülüb. Bu maddə vəzifə səlahiyyətlərini aşma və bu əməllə fiziki və ya hüquqi şəxsin hüquqlarına, cəmiyyətin və ya dövlətin qanuni mənafeyinə ciddi ziyan vurulmasını nəzərdə tutur. İttiham üzrə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bu iş üzrə Saakaşvili ilə birlikdə Vano Merabişvili, Zurab Adeişvili, David Kezerashvili və Gigi Uqulava da təqsirləndirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →