03 
May
2025
10:28
199

Bu gün Tbilisi və regionlarda etiraz aksiyaları keçiriləcək

Bu gün Tbilisidə və Gürcüstanın müxtəlif regionlarında etiraz aksiyaları planlaşdırılıb.

InterPress.ge xəbər verir ki157-ci gün davam edən etiraz aksiyaları çərçivəsində paytaxtda mitinqlər iki fərqli yerdə keçiriləcək.

Tbilisidə aksiyaların qrafiki belədir:

Saat 19:00 – aksiya “İctimai Yayım” binası qarşısında başlayacaq;

Saat 20:00 – etirazçılar Parlament binası qarşısında toplaşacaqlar.

Regionlarda aksiyalar aşağıdakı kimi planlaşdırılıb:

Qori – saat 17:00-da Şəhər Şurasının qarşısında aksiya keçiriləcək, şüar: “Rejim məhbusları azad edilsin və təkrar seçkilər təyin olunsun!”;

Axaltsixe – saat 18:00-da Şota Rustavelinin abidəsi önündə etiraz aksiyası baş tutacaq;

Batumi – saat 19:00-da Konstitusiya Məhkəməsi qarşısında aksiya: “Vətənə xidmət üçün!”;

Zuqdidi – saat 19:00-da Regional Administrasiya qarşısında aksiya şüarı: “Zuqdidi rus rejiminə qarşı”;

Telavi – saat 19:00-da aksiya Şəhər İcra Hakimiyyəti qarşısında baş tutacaq;

Kutaisi – saat 19:00-da Şəhər İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçiriləcək, şüar: “Bəli Avropaya, yox Rusiyaya!”;

Çxorotsqu – saat 20:00-da Şəhər İcra Hakimiyyəti qarşısında aksiya: “Hər gün etiraz etməyə cəsarət et!”.

Etirazçılar Avropaya inteqrasiya və demokratik dəyərlərin qorunması tələbi ilə mitinqlərdə iştirak edəcəklər.

Bizimlə əlaqə saxlayın