ABŞ-ın Tbilisidəki səfirliyi öz vətəndaşlarına müraciət edərək, “East Point”, “Galleria Tbilisi” və “Tbilisi Mall” ticarət mərkəzlərində bomba təhlükəsi riski barədə xəbərdarlıq edib və bu ərazilərə getməkdən çəkinməyə çağırıb.
InterPress.ge xəbər verir ki, səfirliyin bəyanatı qurumun rəsmi vebsaytında yerləşdirilib.
Gürcüstanın müvafiq dövlət orqanları – Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti isə bu saatadək rəsmi açıqlama verməyiblər. Hazırda detallar məlum deyil.
