07 
May
2025
21:13
493

“Galleria Tbilisi” ABŞ səfirliyinin xəbərdarlığına reaksiya verib

"ABŞ səfirliyinin bomba təhlükəsi ilə bağlı yayımladığı xəbərdarlıqdan sonra məsələ barədə artıq müvafiq dövlət qurumlarını məlumatlandırıblar."

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisidəki “Galleria Tbilisi” ticarət mərkəzinin rəhbərliyi bildirib.

“Bizə birbaşa heç bir zəng və ya e-poçt daxil olmayıb. Məlumatı ABŞ səfirliyinin vebsaytından öyrəndik və dərhal müvafiq qurumları məlumatlandırdıq. Hazırda onların göstərişlərini gözləyirik. Əlavə təhlükəsizlik tədbirləri bu mərhələdə görülməyib,” – deyə ticarət mərkəzindən bildirilib.

Xatırladaq ki, ABŞ səfirliyinin məlumatına görə, Tbilisinin üç ticarət mərkəzində – “East Point”, “Galleria Tbilisi” və “Tbilisi Mall”da bomba təhlükəsi ilə bağlı xəbərdarlıq daxil olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər