DTX yayılan bomba xəbərinə reaksiya verdi
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ABŞ səfirliyinin Tbilisidəki üç ticarət mərkəzində bomba təhlükəsi ilə bağlı verdiyi açıqlamaya münasibət bildirib.
InterPress.ge xəbər verir ki, rəsmi açıqlamada qeyd olunur ki,"xidmətin müvafiq bölmələri “növbəti yalan siqnalla” bağlı işləyirlər."
“Vətəndaşların təhlükəsizliyi xidmətin əsas prioritetidir və səlahiyyətlərimiz çərçivəsində bütün zəruri və təcili tədbirləri həyata keçiririk. Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinə çağırış edirik ki, təhlükəsizlik orqanlarının işinə hörmətlə yanaşsınlar, daha çox məsuliyyət nümayiş etdirsinlər və uyğun qurumlarla razılaşdırılmamış açıqlamalardan çəkinməlidirlər,” – deyə Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında qeyd olunur.
Xatırladaq ki, ABŞ səfirliyi Tbilisidəki “East Point”, “Galleria Tbilisi” və “Tbilisi Mall” ticarət mərkəzlərində bomba təhlükəsi barədə xəbərdarlıq yaymışdı.


