12 
May
2025
14:34
124

Şalva Papuaşvili: “Gürcüstan Aİ-yə üzvlük yoluna sadiqdir

"Gürcüstan hökuməti ölkənin Aİ-yə inteqrasiyası istiqamətində ən çox iş görmüş hakimiyyətdir və bu yolun davam etdirilməsində qərarlıdır."

InterPress.ge xəbər verir ki, bu barədə Macarıstanın paytaxtı Budapeştdə Avropa İttifaqının üzv və tərəfdaş ölkələrinin parlament sədrlərinin konfransında çıxış edən Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, təəssüf ki, Avropa İttifaqının bəzi strukturlarından seçilmiş parlamentə qarşı direktivlər və birtərəfli öhdəliklər təyin etməyə yönəlmiş tendensiyalar müşahidə olunur:

“Avropa İttifaqının mərkəzi strukturlarının həddindən artıq gücləndirilməsi, bəzən üzv ölkələrin özünəməxsus siyasi, iqtisadi və mədəni xüsusiyyətlərini nəzərə alan qərarların qəbul edilməsinə mane ola bilər. Gürcüstan bu yolda irəliləməyə sadiqdir. Mən elə bir hökuməti təmsil edirəm ki, bu prosesdə Gürcüstanın irəliləyişi üçün ən çox çalışan tərəf olub.”

Papuaşvili Aİ-nin bəzi tələblərini tənqid edərək, xüsusilə də xarici aktorların iştirakı ilə hakimlərin dürüstlüyünün yoxlanmasını nəzərdə tutan “vetinq mexanizmini” Gürcüstanın suverenliyinə müdaxilə kimi qiymətləndirib.

“Bütün hakimiyyət qollarının xarici aktorlar tərəfindən formalaşdırılması milli suverenliyin əsasına zidd olardı. Mən inanmıram ki, Aİ-yə üzv hər hansı bir ölkə belə bir müdaxiləyə razılıq verərdi.”

O, həmçinin əlavə edib ki, demokratik plüralizm prinsipinə əsaslanan Aİ-nin qərarları hər bir üzv dövlətin və tərəfdaşın maraqlarına və çağırışlarına hörmət etməlidir:

“Demokratiya müzakirə deməkdir, zorla qəbul etdirilən qərarlar deyil. Konsensus hər kəsin səsini nəzərə alır. Milli dövlətlər birliyində kiçik ölkələrin səsi də böyük ölkələrinki qədər eşidilməlidir, çünki həqiqət yalnız sayla ölçülmür.”

Papuaşvili çıxışında Aİ-nin bəzi orqanlarının təklif etdiyi qərar qəbuletmə mexanizminin – konsensusu əvəzləyən çoxluqla qərarların qəbulunu – tənqid edərək, belə yanaşmaların kiçik ölkələrin maraqlarına zərər vura biləcəyini vurğulayıb.

Bizimlə əlaqə saxlayın