14 
May
2025
17:29
191

Gürcüstan parlamenti ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi “MEGOBARI Aktı”na cavab olaraq xüsusi bəyanat qəbul edib

Gürcüstan parlamenti ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi “MEGOBARI Aktı”na cavab olaraq xüsusi bəyanat qəbul edib.

InterPress.ge xəbər verir ki, 11 səhifəlik bəyanat layihəsi 87 səslə yekdilliklə qəbul edilib.

Gürcüstan parlamenti ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi “MEGOBAR Aktı”nı Gürcüstan dövlətinə, gürcü xalqına və onun seçilmiş hökumətinə, o cümlədən Gürcüstan parlamentinə qarşı son dərəcə düşmənçilik aktı kimi qiymətləndirir. 

Sənəddə Dərin Dövlətdən bəhs edilir və Dərin Dövlət və onun təsisatlarının Gürcüstanda demokratiyanı sarsıtmağa çalışdığı bildirilir.

Gürcüstan parlamentinin qiymətləndirməsinə görə, “MEGOBARI Aktı” üç yalan iddiaya əsaslanır: a) Gürcüstan əhəmiyyətli demokratik geriləmə yaşayır; b) Gürcüstanda hökumətin Avro-Atlantik inteqrasiyanın qarşısını alması qeyd olunur; c) Gürcüstan “Rusiya, Çin və digər avtoritar rejimlərlə” yersiz əlaqələr qurur.

Bəyanatda Gürcüstan parlamenti ABŞ-ın yeni administrasiyasının Dərin Dövləti uğurla zəiflədəcəyinə, bunun nəticəsində ABŞ Konqresinin 200 ildən artıq fəaliyyəti ilə qazandığı əvvəlki şöhrət və adı geri qaytaracağına ümid etdiyini bildirir.

Bundan əlavə, Gürcüstan parlamenti Gürcüstan və ABŞ arasında münasibətlərin yaxşılaşmasına töhfə verə biləcək bütün məsələlərdə ABŞ Konqresi ilə əməkdaşlığa hazır olduğunu bildirir.

 

Bizimlə əlaqə saxlayın