Kür çayına düşən avtomobil tapıldı – 2 nəfərin meyiti aşkarlanıb
Tbilisidə, Kür çayında aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində xilasedicilər avtomobili və onun içində olan iki nəfərin meyitini aşkar ediblər.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatl Fövqəladə Halların İdarəetmə Xidməti təsdiqləyib.
Hazırda itkin düşmüş daha bir nəfərin axtarışı davam edir.
Xidmətin məlumatına görə, avtomobil bu gün səhər, çay məcrasında su səviyyəsinin süni şəkildə azaldılması nəticəsində tapılıb.
Xatırladaq ki, 14 may səhər saatlarında Kür çayına içində 4 nəfər olan avtomobil düşmüşdü. Hadisədən dərhal sonra bir nəfər xilasedicilər tərəfindən sudan çıxarılmışdı.
Qəza ilə bağlı hüquq-mühafizə orqanları 23 yaşlı bir gənci saxlayıblar. O, baş vermiş yol-nəqliyyat hadisəsinə görə məsuliyyət daşımaqda ittiham olunur.


