Kür çayında daha bir nəfərin meyiti aşkar edilib
Xilasedicilər Kür çayından daha bir kişinin cəsədini aşkar ediblər.
InterPress.ge xəbər verir ki, tapılmış meyitin Kür çayında mayın 14-də baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqəsi olmadığı bildirilib.
Bundan əvvəl isə xilasedicilər axtarış-xilasetmə əməliyyatı çərçivəsində Kür çayında qızın meyitini tapıblar. Onun şəxsiyyətinin aprel ayında yoxa çıxan Aytac Məmmədovaya aid olduğu bildirilib.
"Dünən Tbilisidə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Mtkvari çayına düşən minik avtomobilinin iki sərnişininin meyitini Fövqəladə Hallar İdarəetmə Xidmətinin yanğınsöndürənləri aşkar ediblər. Artıq cəsədlər sudan çıxarılıb və bütün müvafiq hüquqi prosedurlar həyata keçirilir. Avtomobil də Mtkvari çayının dibindən çıxarılıb".
Bir nəfərin axtarış-xilasetmə əməliyyatı davamlı olaraq davam edir.
Xilasetmə əməliyyatlarına yanğınsöndürənlərlə yanaşı, dalğıc dəstəsi, su nəqliyyatı vasitələri və Daxili İşlər Nazirliyinin müvafiq bölmələri cəlb olunub.
Xəbəri alan yanğınsöndürənlər axtarış-xilasetmə işlərinə başlayıb, nəticədə 1 nəfər sudan təhlükəsiz şəkildə çıxarılıb.
“Axtarış-xilasetmə əməliyyatı zamanı həmçinin bir kişi və bir qadının cəsədi tapılıb, onlar ekspertizaya göndərilib”, - məlumatda deyilir.


