15 
May
2025
22:28
184

İrakli Kobaxidze Avropa Siyasi Birliyinin Sammitində iştirak edəcək

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Şurası prezidenti, Antonio Kostanın dəvəti ilə mayın 16-da Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa Siyasi Birliyinin (EPC) Sammitində iştirak edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayır.

Onların məlumatına görə, 6-cı Avropa Siyasi Birliyi konfransında 50-yə yaxın ölkənin liderləri, Avropa və beynəlxalq qurumların rəhbərləri Avropanın təhlükəsizliyi, iqtisadi və enerji davamlılığı və qeyri-qanuni miqrasiyanı müzakirə edəcəklər. Sammit çərçivəsində həmçinin innovasiyaların, rəqəmsal infrastrukturun və texnologiyaların sürətli inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq.

Sammit plenar iclasla açılacaq. Dəyirmi masa formatında tematik müzakirələr də planlaşdırılıb. İrakli Kobaxidze Avropanın təhlükəsizliyi və demokratik davamlılığı mövzusunda müzakirədə iştirak edəcək.

Gürcüstanın Baş naziri Avropa Siyasi Birliyinin Sammitinə xarici işlər naziri Maka Boçorişvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjolianinin də daxil olduğu nümayəndə heyəti ilə səfər edib.

Bizimlə əlaqə saxlayın