Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Külli miqdarda narkotik maddə saxlama və satmaq cəhdinə görə bir nəfər saxlanılıb

405
 Külli miqdarda narkotik maddə saxlama və satmaq cəhdinə görə bir nəfər saxlanılıb
Dinləmək üçün basın

Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş operativ və istintaq tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş və hazırda şərti məhkumiyyətdə olan, 1992-ci il…

Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş operativ və istintaq tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş və hazırda şərti məhkumiyyətdə olan, 1992-ci il təvəllüdlü T.L. xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması və satmaq cəhdində ittiham olunaraq saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunan cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Məlumata əsasən, hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsin üzərində və onun göstərdiyi yerlərdə aparılmış axtarış zamanı satış məqsədilə gizlədilmiş xüsusilə böyük miqdarda “Alfa-PVP” adlı narkotik vasitə maddi sübut kimi götürüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 19-260-cı tərsiya maddələri ilə aparılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →