Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Son günlərdə ölkədən çıxarılan əcnəbi vətəndaşların sayı açıqlandı

363
Son günlərdə ölkədən çıxarılan əcnəbi vətəndaşların sayı açıqlandı
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin digər əlaqədar qurumlarının koordinasiyası ilə həyata keçirilmiş kompleks tədbirlərin nəticəsində, son günlər ərzində ölkədən 33 əcnəbi vətəndaşın…

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin digər əlaqədar qurumlarının koordinasiyası ilə həyata keçirilmiş kompleks tədbirlərin nəticəsində, son günlər ərzində ölkədən 33 əcnəbi vətəndaşın çıxarılması təmin olunub.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, bu şəxslərin bir qismi ölkəni könüllü şəkildə tərk edib, digərləri isə məcburi qaydada deportasiya olunub. Qanunvericiliyə uyğun olaraq, həmin şəxslərə Gürcüstana daxilolma qadağası tətbiq olunub.

Çıxarılmış əcnəbilər aşağıdakı ölkələrin vətəndaşlarıdır: Hindistan, Misir, İordaniya, Türkiyə, Pakistan, Çin, İran, Banqladeş, İraq, Rusiya, Azərbaycan və Türkmənistan.

Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiya ilə mübarizə aparan əsas qurumdur və onun səlahiyyətlərinə hüquqi əsas olmadan Gürcüstanda olan əcnəbilərin müəyyən edilməsi və onların ölkədən çıxarılması daxildir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →