Ölkədən 15 xarici ölkə vətəndaşı deportasiya edilib
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və Nazirliyin aidiyyəti bölmələrinin sıx koordinasiyası ilə son günlərdə həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 15 xarici ölkə vətəndaşı Gürcüstandan deportasiya olunub.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, ölkədən deportasiya olunanlar Türkiyə, Nigeriya, Türkmənistan, Çin, Hindistan, İordaniya, Misir, Rumıniya, Banqladeş, Livan, İran və Rusiya vətəndaşlarıdır. Ümumilikdə 15 nəfərə Gürcüstana giriş qadağası qoyulub.
“Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiyaya qarşı mübarizəyə cavabdeh qurumdur. Departamentin əsas səlahiyyətlərindən biri Gürcüstanda hüquqi əsas olmadan yaşayan xarici ölkə vətəndaşlarının aşkarlanması və onların ölkədən deportasiyasıdır,” – deyə məlumatda qeyd olunur.


