Vətəndaşlar Rustaveli prospektinə toplaşır
Rustaveli prospektinə mayın 26-sı ilə bağlı vətəndaşlar toplaşır.
InterPress.ge xəbər verir ki, “26 May Milli Komitəsi”, müxalifət və vətəndaş sektorunun təşkilatçılığı ilə Rustaveli prospektində “Gürcüstan səni yenə də qoruyacağıq” adlı yekun tədbir saat 21:00-da başlayacaq.
Qeyd edək ki, beşinci prezident Salome Zurabişvili axşam saatlarında toplaşan vətəndaşlar qarşısında çıxış edəcək və aksiyaya Gürcüstanın Müstəqillik Günü üçün xüsusi olaraq Tbilisiyə gəlmiş Avropa Parlamentinin üzvləri də qoşulacaq.
Bu gün beşinci prezident Salome Zurabişvilinin, müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin təşkilatçılığı ilə gün ərzində bir sıra tədbirlər və yürüşlər keçirilib. Paytaxtın bir neçə yerindən yürüşlər təşkil olunub və sonda vətəndaşlar qanunverici orqanın qarşısına toplaşıblar.
Onu da xatırlatmaq istərdik ki, bu gün davamlı etirazın 180-ci günüdür. Vətəndaşlar noyabrın 28-dən etibarən hər gün küçələrə çıxaraq etirazlarını bildirirlər.


