Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Məhkəmə prosesi keçirilən Nika Melia hakimin üzərinə su atıb

329
Məhkəmə prosesi keçirilən Nika Melia hakimin üzərinə su atıb
Dinləmək üçün basın

Tbilisi şəhər məhkəməsində keçirilən prosesdə, Nika Melia, hakim İrakli Şvangiradzeye su atıb.

Tbilisi şəhər məhkəməsində keçirilən prosesdə, Nika Melia, hakim İrakli Şvangiradzeye su atıb.

InterPress.ge xəbər verir ki, hadisə, Melianın hakimi “tapşırığın icraçısı” adlandırdığı və onun niyə qanunsuz olaraq dünən həbs edildiyini araşdırmadığını iddia etdiyi vaxt baş verib.

“Siz iştirakçısınız. Müdafiənin bir halqasisiniz – əhəmiyyətli və ya əhəmiyyətsiz, heç kim bilmir. Amma fakt odur ki, cinayətkar [qruplaşmanın] bir hissəsisiniz və heç bir sual vermirsiniz: necə oldu ki, burada oldum, kim məni oğurladı, niyə oğurladı və niyə maşının içindəki videoavadanlıqlar zədələndi. Əlavə olaraq, siz müvəqqəti olaraq məhkəmə hakimi təyin olunmusunuz və hər kəs bunu bilir. Növbəti üç ildə Çinçaladze və Muruşidze sizi izləyəcək və siz onların göstərişlərinə uyğun qərarlar qəbul edəcəksiniz.”- Nika Melia hakimə müraciətində deyib.

Bu ifadələrdən sonra Melia hakimə su atıb və məhkəmə zalından çıxarılıb. Eyni zamanda zalda iştirakçılar və məhkəmə nəzarətçiləri arasında qarşıdurma yaranıb və hakim iclası dayandırıb.

Melianın vəkili Giorgi Kondaxashvili jurnalistlərə bildirib ki, Nika Melia emosiyalarını gizlədə  bilməyərək belə bir addım atdı.

"O, özündən çıxdı və bu qərarı verdi.”-vəkil bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →