24 
Sen
2020
09:23
459

"Gürcü Arzusu" İmeretidə davam edən və həyata keçirilən layihələr haqqında video yayımlayır

Gürcü Arzusu Samtredia-Qriqoleti sürətli avtomobil yolunun birinci hissəsinin, Zemo İmereti-Raca magistral yolunun, Tercolada süd emalı zavodunun, Çiaturada su təchizatı layihəsinin eləcədə İmeretidə davam edən və həyata keçirilən layihələr haqqında rəsmi Facebook səhifəsində videoçarx təqdim edilib.

InterPress.ge məlumat verir ki, Samtredia-Qriqoleti sürətli yolun 11,5 km-lik hissəsində tikinti işləri davam edir.

Belə ki, layihə başa çatdıqdan sonra nəqliyyatın hərəkəti yaxşılaşacaq, təhlükəsizlik səviyyəsi artacaq, avtomobil nəqliyyatı xərcləri azalacaq və bu da tranzit nəqliyyatının artmasına kömək edəcək. Layihə Avropa İnvestisiya Bankı tərəfindən maliyyələşdirilir və layihənin dəyəri 89 milyon laridir. 2020-ci ilin sonunadək ölkə daxilində 70 kilometrə qədər sürətli avtomobil yolu istifadəyə veriləcək ki, bu da rekord göstəricidir.

Zemo Imereti - Raçanı birləşdirən yol, İmereti və Raca bölgələri üçün Tbilisidən Oniyə gediş - gəliş müddətini 1,5 saata endirəcək ən vacib layihədir. Saçxere -Oni yolundakı nəqliyyat, xüsusilə şəhər və kəndlərdə xidmət keyfiyyətini və təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq. Saçxere - Raca yolunun ümumi dəyəri 105 milyondun laridir, ümumi uzunluğu isə 51 km-dir. Layihənin tamamlanması 2021-ci ilə qədər mərhələli şəkildə sona çatacaq.

Zekar şirkəti dövlət dəstəyi ilə yaradılan bir müəssisəyə 750.000 dollar sərmayə qoyub, bunun 20.000 dolları Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin dövlət qrantı, 250.000 dollar isə güzəştli aqro kreditdir. Müəssisə gündə 10 ton süd emal edir, 3 növ pendir istehsal edir və məhsullarını yerli bazarda satır.

Çiaturada su təchizatı layihəsi çərçivəsində tamamilə yeni bir su anbarı, su paylayıcı şəbəkə və quyular inşa edildi. Bir xlorlama stansiyası da tikilib. Mövcud nasos stansiyaları və su anbarları bərpa edilib və yeni su anbarı inşaa edilib. Çiatura suyunun çatdırılması üçün müvafiq qrafik yaradılıb və həyata keçən layihə nəticəsində şəhərdəki problem nəhayət aradan qaldırıldı və 20.000-ə qədər 24 saatlıq su təchizatı təmin edildi. Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən layihəyə 43 milyon laridən çox vəsait xərclənib.

Bizimlə əlaqə saxlayın