02 
Iyn
2025
11:29
309

Gürcüstanda 189 956 azyaşlı sosial yardım alır

Gürcüstanda 189 956 azyaşlı sosial yardım alır. Onlardan 49 178 nəfəri 6 yaşa qədər, 140 778 nəfəri isə 6-18 yaş arasındadır.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

Yardım alan uşaqların əksəriyyəti Tbilisidə qeydiyyatdan keçib. Regionlar üzrə 0-18 yaş arası sosial yardım alan uşaqların sayı belədir:

Tbilisi – 49 023 nəfər

Quriya – 5 689 nəfər

Raça-Leçxumi və Aşağı Svaneti – 1 122 nəfər

Kaxeti – 17 497 nəfər

İmereti – 19 936 nəfər

Mtsxeta-Mtianeti – 3 656 nəfər

Sameqrelo-Zemo Svaneti – 16 836 nəfər

Samtsxxe-Cavaxeti – 5 005 nəfər

Kvemo Kartli – 37 352 nəfər

Şida Kartli – 16 304 nəfər

Acarıstan – 17 536 nəfər

 

 

Məlumata görə, 2024-cü ilin aprel ayında Gürcüstanda ümumilikdə 237 797 nəfər sosial yardım alırdı.

 

Qeyd: Sosial yardım alan ailələr və şəxslər, əgər ailənin ən azı bir üzvü “Məşğulluğun dəstəklənməsi üzrə 2025-ci il dövlət proqramında” iştirak edirsə, ailə üzvləri, o cümlədən azyaşlılar, “sosial cəhətdən müdafiəsiz ailələrin vahid məlumat bazasında” qeydiyyatdan çıxarılmadan və fasiləsiz olaraq 4 il ərzində sosial yardım almaq hüququnu qoruyub saxlayırlar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər