Gürcüstanda yüksək sürətli internetin qiyməti qonşu ölkələrlə müqayisədə necədir
Gürcüstanda 60 Mbit/s və ya daha yüksək sürətə malik aylıq internet paketi 16.88 ABŞ dollarına başa gəlir. Bu göstərici ilə Gürcüstan 124 ölkə arasında 100-cü yeri tutur.
InterPress.ge xəbər verir ki, bu barədə Numbeo məlumat yayıb.
Gürcüstanın qonşu ölkələri arasında internetin ən bahalı olduğu ölkə Ermənistan, ən ucuz olduğu isə Rusiyadır. Konkret rəqəmlər belədir:
Ermənistan – 20.84 dollar (89-cu yer);
Türkiyə – 13.76 dollar (110-cu yer);
Azərbaycan – 15.14 dollar (106-cı yer);
Rusiya – 8.04 dollar (122-ci yer).
Dünyada internetin ən baha olduğu 5 ölkə isə bunlardır:
Papua-Yeni Qvineya – 211.18 dollar;
Kuba – 210.78 dollar;
Efiopiya – 157.67 dollar;
Kamerun – 130.29 dollar;
Mozambik – 103.33 dollar.
Ən ucuz internet qiymətləri isə bu 5 ölkədədir:
- Ukrayna – 6.12 dollar;
- İran – 7.73 dollar;
- Rusiya – 8.04 dollar;
- Hindistan – 8.06 dollar;
- Vyetnam – 8.95 dollar.


