İlya Dövlət Universiteti qarşısında həbsdə olan tələbələrə dəstək aksiyası keçirilir
İlya Dövlət Universitetinin qarşısında inzibati həbsdə olan tələbələr — Lika Lortqifanidze və Luka Naçvlişvilinin dəstək aksiyası keçirilir.
InterPress.ge xəbər verir ki, aksiya yerində həm İlya Dövlət Universitetinin tələbə və müəllimləri, həm də digər universitetlərin tələbələri iştirak edir.
Onlar saat 12:00-dan etibarən bir günlük tətil və aksiyaya başlayıb.
Aksiya iştirakçıları universitet qarşısında “Qeyri-legitim hökumət istefa versin” və “Rusiyanın çürük imperiyası yıxılsın” şüarları yazılmış plakatlar açıblar.
Xatırladaq ki, vətəndaş fəalları Tatia Apriaşvili və Lika Lortqifanidze “Gürcü arzusu”nun deputatı Mariam Laşxinin təhqiri ilə bağlı hadisəyə görə 12 günlük inzibati həbs cəzası alıblar. Hadisə 17 mayda baş verib – kafedə deputat Mariam Laşxinin olduğu vaxt fəallar Tatia Apriaşvili və Magda Mamukaşvili ona “Rejimin məhbuslarına azadlıq!”, “Rus rejimi yıxılsın!” şüarları səsləndiriblər. Deputat Laşxi, hadisə vaxtı uşaqları ilə birlikdə olduğu üçün, fəalların əleyhinə məhkəməyə müraciət edib.
Batumidə saxlanılan Luka Naçvlişviliyə isə Batumi Şəhər Məhkəməsi 12 günlük inzibati həbs cəzası təyin edib.


