BMT-nin Baş Assambleyası “Abxaziya, Gürcüstan və Tsxinvali bölgəsindən/Cənubi Osetiya, Gürcüstan – məcburi köçkünlərin və qaçqınların statusu haqqında” adlı qətnaməni qəbul edib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili yayıb.
Onun sözlərinə görə, 2025-ci il sessiyasında Gürcüstanın təşəbbüsünü rekord sayda – 107 ölkə dəstəkləyib.
“Qətnamənin həmmüəllifi olan və ona səs verən bütün dövlətlərə dərin təşəkkürümü bildirirəm. Xüsusi təşəkkürüm Gürcüstanın BMT-dəki səfiri Davit Bakradzeyə, nazir müavini Laşa Darsaliyaya və bu böyük dəstəyi təmin etmək üçün yorulmadan çalışan bütün diplomatlarımıza düşür,” – deyə Boçorişvili qeyd edib.
