Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Marneuli və Hucab yepiskopu: "Məni öldürmək istəyirdilər, amma prokurorluqla əməkdaşlıq etməyəcəyəm"

391
Marneuli və Hucab yepiskopu: "Məni öldürmək istəyirdilər, amma prokurorluqla əməkdaşlıq etməyəcəyəm"
Dinləmək üçün basın

Marneuli və Hucabın yepiskopu, Georgi Camdeliani dünən ambiondan etdiyi çıxışda onun qətlinin hazırlandığını iddia etdikdən sonra bildirib ki, nə prokurorluqla, nə də polis orqanları ilə əməkdaşlıq etmək niyyətində…

Marneuli və Hucabın yepiskopu, Georgi Camdeliani dünən ambiondan etdiyi çıxışda onun qətlinin hazırlandığını iddia etdikdən sonra bildirib ki, nə prokurorluqla, nə də polis orqanları ilə əməkdaşlıq etmək niyyətində deyil.

InterPress.ge xəbər verir ki, o, bu barədə “TV Pirveli”yə verdiyi açıqlamada bildirib və ifadə verməkdən imtina etdiyini vurğulayıb.

“Prokurorluq mənimlə əlaqə saxladı, amma mən, din xadimi olaraq, konstitusion hüququmdan istifadə edirəm. Bu mərhələdə ifadə verməkdən imtina edir və nə prokurorluq, nə də polis ilə əməkdaşlığa hazırlaşmıram. Mən qərarımı kilsə qanunvericiliyinə əsasən verirəm. Həmin monax indi mənimlə deyil, artıq yeparxiyada deyil”, – deyə yepiskop qeyd edib.

Xatırladaq ki, yepiskop Georgi Camdeliani dünənki moizəsi zamanı bildirib ki, onu qətlə yetirmək planlaşdırılırdı və bu əmri hökumətin hazırkı nümayəndəsi vermişdi. Onun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı həmin plan çərçivəsində yeparxiyadakı bir monaxı öz tərəfinə çəkmişdi.

Skandal açıqlamadan sonra Gürcüstan Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb. İstintaq Cinayət Məcəlləsinin 18-108-ci maddəsi ilə – qəsdən adam öldürməyə cəhd faktı üzrə aparılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →